TikTok E-commerce Data Analytics, Choose Tikmeta
Get Started
Introduction: This is a tiktok video published by Osman Cho. The video has now received more than 281.0K likes, 2.0K comments and 2.8K shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
Views
2.8MDaily-
Likes
281.0KDaily-
Comments
2.0KDaily-
Shares
2.8KDaily-
ER
10.21%Daily-
Latest Videos
Tərəvəzli Kuskus ilə Azərbaycan mətbəxinin unudulmuş təamı - Murqutuş. Bu dəfə də sadəcə yemək resepti deyil, yeni, şəkər qatqısız bir məhsulu sizinlə bölüşəcəm. @ bonduelle__az-ın təzə, təravətli qarğıdalı və yaşıl noxudu ilə hazırlayacağımız qarnir Murqutuşa xüsusi ləzzət qatacaq! Ərzaqlar: ~ Qarnir üçün: Kuskus 190 q Bonduelle təravətli qarğıdalı - 65 q Bonduelle təravətli yaşıl noxud - 60 q Kök 1 əd Şirin qırmızı bibər 1 əd Soğan 0.5 əd Bitki yağı 1 x.q. Qaynar su 500 ml (və ya toyuq bulyonu) Duz İstiot Murqutuş üçün: Toyuq 1 əd Soğan 1 əd Cəfəri 2 dəstə Qoz 100 q Abqora və ya limonun suyu 1 x.q. Kərə yağı 150 q Duz İstiot Hazırlanma qaydası: ~~~ Qarnir: Birinci tavada yağı qızdırırıq, sonra xırda doğranılmış soğan, kök və bibəri əlavə edib qızarana kimi qovururuq. Sonra Bonduelle-in təravətli qarğıdalı və noxudunu əlavə edib 1 dəqiqə qızardırıq, sonra kuskus, qaynar su (və ya bulyon), duz və istot əlavə edirik, qapağını örtüb 6-9 dəqiqə bişiririk. Yeməklərin yanında qarnir sevirsinizsə, təravətli yaşıl noxud və qarğıdalı ikilisini sınamadan keçməyin. Xüsusilə, Bonduelle brendinin bu məhsullarını istifadə etsəniz, əminəm ki, axtardığınız o dadı mütləq tapacaqsınız. Murqutuş: İlk öncə toyuğu doğrayıb suda qaynadırıq. Soğanı xırda doğrayıb tavada yağda qızılı rəng alana qədər bişiririk. Cəfərini çox xırda doğrayıb qovrulmuş soğana əlavə edib qovururuq. Üzərinə bişirdiyimiz toyuq tikələrini, duz və istiot əlavə edib 4-5 dəqiqə daha bişiririk. Daha sonra xırda doğranmış qoz ləpəsi, limon suyu (və ya abqora) və bişirib süzdüyünüz toyuğun bulyonundan 1.5 stəkan əlavə edib 15 dəqiqə vam odda bişiririk. Süfrəyə kuskusla veririk. Nuş olsun! #bonduelle #kuskus #couscous #cooking #recipe #tasty
336.3K
11.3K
118
Osman Cho
7 months ago
Adana kababı Ərzaqlar: Quzu əti 1 kq (erkək) Quyruq 500 q (erkək, ətin yağlılığından asılı olaraq dəyişə bilər) Şirin bibər 200 q Acı toz bibər 1 ç.q. Duz zövqə görə Salat üçün: Soğan 1 əd Pomidor 1 əd Cəfəri 1 dəstə Sumax 2-3 ç.q. Duz zövqə görə Hazırlanma qaydaları: 1) Erkək quzunun quyruğundan istifadə etmək lazımdır, çünki dişi quyruğu çox tez əriyir və iy verir 2) Əti yuyandan sonra mütləq qurudun, əks halda ət özünə suyu çəkib şişə yapışmayacaq 3) Ədviyyatlar vurulandan sonra əti ələ yapışana qədər yoğurmaq lazımdır 4) Şişlər sərin və quru olmalıdır, günəşin altında qiyməni şişə çəksəniz yapışmayacaq 5) Şirin bibərin su salmaması üçün əl ilə doğrayın və AURA kağız dəsmalları ilə suyunu sıxın, çünki bibərin suyu qiyməni şişdən salır 6) Adana kababı və lülə bişiriləndə köz digər kabablara nisbətən daha qızmar olmalıdır 7) Kababın bir üzü qızarmadan şişi digər üzünə çevirməyin. 8) Əti şişə vurmadan əvvəl kündələrə ayırıb soyuducuda minimum 30 dəqiqə saxlamağınız məsləhətdir, belə olduqda farş şişə daha rahat taxılır və dağılmır. 1kq mal ətinə =1kq quyruq (700-800 q da ola bilər amma çox olmağı məsləhətdi) 150-200 q şirin bibər və zövqə görə duz, acı toz bibər. 1kq quzu ətinə = ətin yağlılığından aslı olaraq təxminən 500 q quyruq, 150-200 q şirin bibər və zövqə görə duz, acı toz bibər. Mal əti ilə quzu ətini qarışdıra bilərsiz #osmancho #adanakebab #turkishkitchen #aura #cooking #kebap #lamb #meat
304.5K
20.0K
276
Osman Cho
7 months ago
Məktəb vaxtı dərsdən sonra bəh-bəhlə yediyimiz Toyuqlu Basdırma Dönərini evdə hazırladım 4 nəfər üçün Ərzaqlar: Toyuq bud dibi sümüklü - 800 q (sümüksüz 400-600 q) Pomidor 1 əd Qatıq 1/2 st. Duz 1/2 ç.q. Qara İstiot 1/2 ç.q. Cirə (kimyon) 1/2 ç.q. Pul bibər 1/2 ç.q. Paprika (şirin bibər tozu) 1 ç.q. Kəkik 1/2 ç.q. Qarğıdalı yağı 1 x.q. Sous üçün: Xamalı mayonez Sloboda Sarımsaq Duz Tomat sousu üçün: Tomat 1 x.q. Su 2 st. Cəfəri 1/2 dəstə Duz Qara istiot Dönərin içliyi üçün: Pomidor 1 əd Xiyar 1 əd Soğan qırmızı 1/2 əd Cəfəri Dönər üçün toyuq sinə ətinin yerinə bud dibi ətinin istifadə etməyimin səbəbi bud dibin daha yağlı və dadlı olmasıdır. Əti sümükdən ayırırıq və ən azı 1 saat marinə edirik. Marinad üçün pomidoru sürtgəcdən keçiririk. Bu zaman sousları hazırlayırıq. Tomat sousunu 1 dəqiqə qaynadıb altını söndürmək lazımdır. Nuş olsun! #azerbaycan_metbexi #azerbaycan_cuisine #азербайджанскаякухня #mayonnaiserecipe #natural #sloboda #майонезслобода #живаяеда #osmancho #doner
598.5K
30.0K
183
Osman Cho
8 months ago
Sizə gözəllik, birlik, bərabərlik dolu, her vaxt bir əvvəlkindən daha gözəl ve xoşbəxt bir bayram diləyirəm. Novruz Bayramınız Mübarək! Paxlava Ərzaqlar: ~~~~~~ İçlik üçün: Qoz 300 q Şəkər tozu 1 st Hil 1 ç.q. Şərbət üçün: Şəkər tozu 2.5 st Su 2 st Limonun 1/4 hissəsinin şirəsi Xəmiri üçün Süd 1 st. Şəkər tozu 1 ç.q. Maya 1/2 ç.q. Vanilin 1 paket Yumurta 1 əd. Yumurtanın ağı 1 əd. (sarısını üzəri üçün saxlayın) Duz 1 çimdik Kərə yağı 150 q Un 4 st (3,5 stəkandan sonra az-az əlavə edin) Qatların arası və üzəri üçün: Kərə yağı 300 q Paxlavanın üzəri üçün: 3 yumurta sarısı 1 ç.q. qarğıdalı yağı Fındıq Soba qabının ölçüsü 25x30 sm. Stəkan ölçüsü 200 ml. Hazırlanma qaydası: ~~~~~~~~~~~~~~ İçlik: Qozu az-az doğrayıcıdan keçiririk ki, yağı çıxmasın, üyüdülmüş hili və şəkər tozunu əlavə edib qarışdırırıq. Şərbət: Şəkər tozu ilə suyu vam odda bişiririk, qaynayanda limonun suyunu sıxıb əlavə 15 dəqiqə qaynadırıq, sonra otaq temperaturuna kimi soyuduruq. Xəmir: Stəkanda ilıq südə şəkər tozu və maya qatıb qarışdırırıq. 10 dəqiqədən sonra südü süzürük bir böyük qaba, üzərinə yumurta, vanilin, duz, ilıq əridilmiş kərə yağı qatıb qarışdırırıq. Sonra 3.5 st un əlavə edirik və yoğurarkən hissə hissə yarım stəkan un əlavə edirik. Gözləmədən 2 iri və 6 kiçik hissələrə ayırıb kündə edirik, üstünü örtürük və 10 dəqiqə gözləyirik. Sonra xəmirləri yayırıq. Soba qabını kərə yağı ilə sürtürük, İlk böyük xəmiri qoyuruq, sonra üzərinə yağ və içlik əlavə edirik, sonra kiçik xəmiri düzürük, yenidən yağ və içlik əlavə edirik, bunu son kiçik xəmirə kimi təkrarlayırıq. Son kiçik xəmirin üzərinə ancaq yağ sürtmək lazımdır, içlik lazım deyil, sonra üzərinə ikinci iri xəmiri düzürük, paxlava formasında kəsirik, üzərinə yumurtanın sarısıyla bitki yağını qarışdırıb sürtürük, fındıqları düzürük və qoyuruq 150 dərəcədə alt-üst rejimdə qızdırılmış sobaya. Üstü bərkiyəndə çıxardırıq, kəsilən yerlərindən yenidən keçib qalan kərə yağını süzürük. Yenidən sobaya salırıq, və üstü qızarana kimi bişiririk. Diqqətli olun, çünki paxlavanı yandırmaq rahatdır. Sonda da şərbəti töküb nuş edirik!
402.9K
12.8K
208
Osman Cho
8 months ago
Similar Videos
Watch moreMore Videos
Watch more