Introduction: This is a tiktok video published by Osman Cho. The video has now received more than 12.8K likes, 208 comments and 414 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
Sizə gözəllik, birlik, bərabərlik dolu, her vaxt bir əvvəlkindən daha gözəl ve xoşbəxt bir bayram diləyirəm. Novruz Bayramınız Mübarək! Paxlava Ərzaqlar: ~~~~~~ İçlik üçün: Qoz 300 q Şəkər tozu 1 st Hil 1 ç.q. Şərbət üçün: Şəkər tozu 2.5 st Su 2 st Limonun 1/4 hissəsinin şirəsi Xəmiri üçün Süd 1 st. Şəkər tozu 1 ç.q. Maya 1/2 ç.q. Vanilin 1 paket Yumurta 1 əd. Yumurtanın ağı 1 əd. (sarısını üzəri üçün saxlayın) Duz 1 çimdik Kərə yağı 150 q Un 4 st (3,5 stəkandan sonra az-az əlavə edin) Qatların arası və üzəri üçün: Kərə yağı 300 q Paxlavanın üzəri üçün: 3 yumurta sarısı 1 ç.q. qarğıdalı yağı Fındıq Soba qabının ölçüsü 25x30 sm. Stəkan ölçüsü 200 ml. Hazırlanma qaydası: ~~~~~~~~~~~~~~ İçlik: Qozu az-az doğrayıcıdan keçiririk ki, yağı çıxmasın, üyüdülmüş hili və şəkər tozunu əlavə edib qarışdırırıq. Şərbət: Şəkər tozu ilə suyu vam odda bişiririk, qaynayanda limonun suyunu sıxıb əlavə 15 dəqiqə qaynadırıq, sonra otaq temperaturuna kimi soyuduruq. Xəmir: Stəkanda ilıq südə şəkər tozu və maya qatıb qarışdırırıq. 10 dəqiqədən sonra südü süzürük bir böyük qaba, üzərinə yumurta, vanilin, duz, ilıq əridilmiş kərə yağı qatıb qarışdırırıq. Sonra 3.5 st un əlavə edirik və yoğurarkən hissə hissə yarım stəkan un əlavə edirik. Gözləmədən 2 iri və 6 kiçik hissələrə ayırıb kündə edirik, üstünü örtürük və 10 dəqiqə gözləyirik. Sonra xəmirləri yayırıq. Soba qabını kərə yağı ilə sürtürük, İlk böyük xəmiri qoyuruq, sonra üzərinə yağ və içlik əlavə edirik, sonra kiçik xəmiri düzürük, yenidən yağ və içlik əlavə edirik, bunu son kiçik xəmirə kimi təkrarlayırıq. Son kiçik xəmirin üzərinə ancaq yağ sürtmək lazımdır, içlik lazım deyil, sonra üzərinə ikinci iri xəmiri düzürük, paxlava formasında kəsirik, üzərinə yumurtanın sarısıyla bitki yağını qarışdırıb sürtürük, fındıqları düzürük və qoyuruq 150 dərəcədə alt-üst rejimdə qızdırılmış sobaya. Üstü bərkiyəndə çıxardırıq, kəsilən yerlərindən yenidən keçib qalan kərə yağını süzürük. Yenidən sobaya salırıq, və üstü qızarana kimi bişiririk. Diqqətli olun, çünki paxlavanı yandırmaq rahatdır. Sonda da şərbəti töküb nuş edirik!
Duration: 57 sPosted : Thu, 21 Mar 2024 16:39:58Views
402.9KDaily-
Likes
12.8KDaily-
Comments
208Daily-
Shares
414Daily-
ER
3.33%Daily-
Latest Videos
Similar Videos
Watch moreMore Videos
Watch more