TikTok E-commerce Data Analytics, Choose Tikmeta
Get Started
Introduction: This is a tiktok video published by BİLMƏK FAYDALIDIR. The video has now received more than 310 likes, 13 comments and 178 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
Views
46.9KDaily-
Likes
310Daily-
Comments
13Daily-
Shares
178Daily-
ER
1.07%Daily-
Latest Videos
Əsnəmək orqanizmin fizioliji və psixoloji bir vəziyyətidir. Bu xəstəlik sayılmır. Əvvəllər yorğunluğun və yuxusuzluğun əlaməti kimi qəbul olunan əsnəmək, uzun illər alimlərin apardığı araşdırmalarda tam əksini tapmışdır. Belə ki, alimlər bunun əksini söyləyirlər. Məsələn, uzun müddət fikrini dərsinə verib çalışan şagird əsnəmir, ancaq kənarda işsiz və onunla eyni yaşda olan çalışmayan şagird əsnəyir. Yəni əsnəməyin zehni və fiziki işlə heç bir əlaqəsi yoxdur. Əsnəmək zamanı ağız geniş açılaraq çoxlu miqdar havanı daxilə çəkməklə beyinə daha çox oksigen ötürür. Əsnəməyin müddəti 6 saniyədən çox olmur. Əsnəmək xəstəlik deyildir, amma o yoluxucudur. Qarşısındakının əsnədiyini görən digər adamı da əsnəmək tuta bilir. Hətta bəzi insanlar vardır ki, onlar əsnəmək barədə danışanda, oxuyanda belə əsnəyirlər. Uzun illər əsnəmək barədə alimlər araşdırmalar aparsalar da, hələlik onun haqqında elmə dəqiq məlumatlar daxil olmayıb. Amerikanın Arizona Universitetinin alimləri əsnəməyin beyində artan temperaturun artması üçün orqanizmin meydana gətirdiyi fizioloji hal olduğunu söyləyirlər. Onların apardığı araşdırmalar insanların qış mövsümündə daha çox əsnədiklərini sübüt edib. Bu hava ilə əlaqədar olaraq beynin temperaturunun az miqdar da olsa, düşməsi və yenidən beynin öz istilik miqdarını artırmağa çalışmasıdır ki, əsnəməklə özünü biruzə verir.
8.5K
55
5
BİLMƏK FAYDALIDIR
7 months ago
Saçlara qulluq zamanı ən yayılmış səhvlər: 1. Saçları nə çox isti, nə də soyuq su ilə yumaq olmaz. Suyun temperaturu təxminən 36-37° C olmalıdır. 2. Saçları yuyarkən baş dərisini güclü sürtmək, dırnaqlarla cızmaq olmaz, hərəkətlər yumşaq və yüngül olmalıdır. 3. Yaş saçlarla yatmayın. Bu baş dərisində qan dövranının və saçların qidalanmasının pisləşməsinə səbəb olur. Bunlar isə saçları korlayır və onların tökülməsinə gətirib çıxardır. 4. Saçları sabunla yumayın. Hətta ən yaxşı yumşaq sabun baş dərisində və saçlarda olan qoruyucu su-lipid təbəqəni məhv edir. Nəticədə saçlar quru olur və daha asanlıqla qırılır. Bundan başqa, sabun cod su ilə qarışdıqda saçların üzərində boz tutqun ərpin əmələ gəlməsinə səbəb olur. 5. Saçları yuduqdan dərhal sonra daramayın. Bu saçların tökülməsinə səbəb olur. Saçları yuduqdan əvvəl və quruyandan sonra darayın. 6. Saçları isti fenlə qurutmayın. İsti orta olmalıdır. İsti fen saçları həddindən artıq qurudur, saçları korlayır, saçların tökülməsinə səbəb olur. 7. Saçları fenlə tam qurutmağa çalışmayın. Saçları bir qədər nəm saxlayın ki, onlar sonra təbii şəkildə qurusunlar. 8. Şampunu bilavasitə başınıza tökməyin (əvvəl əlinizə tökün) və lazım olandan artıq miqdarda istifadə etməyin! Sampunun çox olması saçınızı daha təmiz etməyəcək. Əksinə bu saç üçün ziyanlıdır. #saclaraqulliq #kosmetologiya #saglamliq
149.9K
753
13
BİLMƏK FAYDALIDIR
8 months ago
Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayındayıq. Bəs bu ayın fəziləti və oruc tutmağın insan üçün faydaları nələrdir? Türkiyə mediası xəbər verir ki, insan bədəni oruc tutulduğunu son yeməkdən 8 saat sonra “anlayır”. Bağırsaqlar mədədəki bütün qidaları həzm etdikdən sonra, enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükoza, onun ardınca isə yağlara yönəlir. Yağların əriməsi də xolesterin səviyyəsinin normallaşmasına, artıq çəkinin və şəkərli diabet riskinin azalmasına səbəb olur. Qeyd etmək lazımdır ki, imsak və iftar vaxtları arasında maye qəbulu da olmadığı üçün bədəndə tərləmə artır, maye itkisi çoxalır. Buna görə də, ilk 1 həftədə iftardan sonra və imsak vaxtı karbonhidratların və bəzi yağların lazımi miqdarda qəbulu vacibdir. Protein, duz və su kimi vacib qidalar da mütləq qəbul edilməlidir. Növbəti 1 həftədə bədən, artıq oruc tutmağa tam uyğunlaşır. 16-30-cu günlər aralığında isə yoğun bağırsaq, böyrək və dəri zəhərli toksinlərdən xilas olur. Bu aralıqda orqanlar maksimum fəaliyyətini bərpa edir. Yaddaş və konsetrasiya güclənir, enerji artır. #ramazan #oruc #iftar #sahur
2.0K
78
0
BİLMƏK FAYDALIDIR
8 months ago
Gündüzlər şaquli vəziyyətdə olduğunuz zaman su bədəninizin aşağı hissəsində toplanır. Yatarkən bədənin aşağı hissəsi (ayaqlar və s.) böyrəklərlə eyni səviyyədə olur ki, bu da böyrəkləri suyu xaric etməyə məcbur edir. Məlum olduğu kimi su bədənin toksinlərdən təmizlənməsinə birbaşa təsir edir. Kardioloqların sözlərinə görə, suyun hansı saatlarda qəbul edilməsinə diqqət yetirmək lazımdır. Müəyyən olunmuş vaxtlarda su içmək orqanizmə daha çox fayda verir. Səhər yuxudan durduqdan sonra 2 stəkan su – daxili orqanları aktivləşdirir; Yeməkdən yarım saat əvvəl 1 stəkan su – həzm sistemini yaxşılaşdırır; Duş qəbul etməzdən əvvəl 1 stəkan su – arterial təzyiqi aşağı salmağa kömək edir; Yatmazdan əvvəl 1 stəkan su insult və ürək tutmasını azaldır. #suicmek #saglamliq
63.1K
347
16
BİLMƏK FAYDALIDIR
8 months ago
Similar Videos
Watch moreMore Videos
Watch more